Aktrisa Margot Robbie və onun Barbie ulduzları Beverli Hillsdə fotosessiyaya çəkilib.
Bu barədə Daily Mail yazır.
Oskar mükafatına namizəd olan 32 yaşlı aktrisa “Four Seasons Hotel”də keçirilən tədbirə çəhrayı və ağ xalatlı mini paltarda çıxıb. O, görünüşü klassik ağ daban, sarı çanta, bilərzik və mirvari sırğalarla tamamlayıb.
Barbie filmində Ken obrazını canlandıran Rayan Qoslinq Robbi ilə poza verib. Aktyor tünd qəhvəyi dəri kəmərli qara şalvar, ağ köynək və bej rəngli hırka geyinib.
“Barbie” filmi məşhur Barbi kuklasının, onun sevgilisi Kenin və onların dostlarının inanılmaz Barbielanddakı macəralarından bəhs edir. Süjetə görə, Barbie Barbieland-dan qovulub və indi o, yeni həyat axtarışında real insanların dünyasına getməli olacaq. Komediyanın premyerası 21 iyul 2023-cü ildə kinoteatrlarda olacaq.
Mənbə: Gazeta.ru














