“Barselona” öz yetirməsi üçün 5-6 milyon avro təklif edəcəkbackend

“Barselona” yaxın vaxtlarda “Jirona”ya yarımmüdafiəçi Oriol Romeu almaq üçün təklif göndərəcək.

Bu barədə AS xəbər verir.

Nəşrin məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçi üçün 5-6 milyon avro ödəməyə hazırdır.Romeu “Barsa”nın yetirməsidir və onun kluba qayıtmasını gözləyir. “Jirona” futbolçusu üçün 10 milyon avro istəyir.

Romeu ötən mövsüm La Liqada 33 oyuna çıxıb və 2 qol vurub. Transfermarkt onu 5 milyon avro qiymətləndirir.Yarımmüdafiəçinin “Jirona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçu əvvəllər “Çelsi”, “Sauthempton”, “Ştutqart” və “Valensiya”da çıxış edib. O, həmçinin Barselonanın böyüklərdən və gənclərdən ibarət komandalarında oynayıb.

Mənbə: Goal