Komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Portu”ya qalib gələ bilməsə, “Barselona” Xavini baş məşqçi postundan kənarlaşdıra bilər.
Bu barədə AS xəbər verir.
Mənbənin sözlərinə görə, Xavi hər şey uğursuz olarsa, postunu tərk edə biləcəyini bilir. Mütəxəssisin bu matçda əsas heyəti meydana çıxaracağı və hücum futbolu nümayiş etdirməyə çalışacağı qeyd edilir.
“Barselona” dörd oyundan sonra 9 xalla H qrupunun turnir cədvəlinə başçılıq edir. “Porto” eyni xala malikdir, lakin əlavə göstəricilərə görə Kataloniya klubundan geri qalır. İlk üçlüyü altı xalı olan Donetsk “Şaxtyor”u tamamlayır. Antverpen xalsız turnir cədvəlini bağlayır.
Mənbə: NTV Spor











