Futbolçu Pedri İspaniya çempionatında “Espanyol”la matçda meydana çıxan “Barselona”nın heyətində 200 oyun keçirən ən gənc oyunçu oldu.
Pedri 22 yaş 171 gün yaşında klubda 200-cü matçına çıxıb. O, bu göstəriciyə görə Lionel Messinin rekordunu (22 il 273 gün) yeniləyib.
“Barselona” “Espanyol”u 2:0 hesabı ilə məğlub edib. 53-cü dəqiqədə 17 yaşlı Lamin Yamal ilk qola imza atıb, 90+5-ci dəqiqədə isə Fermin Lopez onun ötürməsi ilə kataloniyalılar üçün mövsümə möhtəşəm son qoyub.
Mənbə: Sport.ru