İspaniyanın “Barselona” klubu ən azı 2026-cı ilin yanvarına kimi doğma stadionu “Kamp Nou”da oynaya bilməyəcək.
Bu barədə AS xəbər verir.
Nəşr iddia edir ki, 2022-ci ilin iyununda başlayan uzun sürən yenidənqurma işləri klubu ənənəvi Qamper Kubokundan imtina etməyə məcbur edib.
Aprel ayında yenidənqurma işlərinin sentyabrda başa çatdırılacağı bildirilirdi.