“Barselona”nın sabiq futbolçusu məhkəmə qarşısına çıxacaqbackend

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxacaq.

Proses Bakı vaxtı ilə fevralın 5-də saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Mənbə: sport24.ru