Finlandiya yaxın bir neçə gün ərzində NATO-ya daxil olacaq.
Reuters xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
“NATO-nun bütün 30 müttəfiqi artıq üzvlük protokolunu ratifikasiya edib. Finlandiya yaxın günlərdə rəsmi olaraq alyansımıza qoşulacaq”, – Stoltenberq bildirib. Türkiyə parlamenti ərəfəsində Finlandiyanın NATO-ya daxil olmasını yekdilliklə təsdiqləyib.
Martın 27-də Macarıstan parlamenti Finlandiyanın alyansa üzvlüyünə səs verib.
İctimai.az