Baş nazirin həyat yoldaşında koronavirus aşkarlandı – FOTO

coronavirus

İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Maria Begona Qomez Fernandezdə koronavirus aşkarlanıb.

Xəbəri İspaniya Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumatda həm baş nazirin, həm də həyat yoldaşının özlərini normal hiss etdiyi, ikisinin də həkim nəzarəti altında olduğu deyilir.

Qeyd edək ki, dünən İspaniyada 15 günlük fövqəladə vəziyyət elan edilib.

İctimai.az 

Oxşar xəbərlər