“Bavariya” bir oyunda rəqib qapısına 9 dəfə zərbə vurmaqla Çempionlar Liqası rekorduna imza atıb.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Almaniya klubu 2024/25 mövsümünün qrup mərhələsinin ilk oyununda Zaqreb “Dinamo”sunu məğlub etməyi bacarıb – 9:2. Qalib komandanın heyətində ingilis hücumçu Harri Keyn 4, yarımmüdafiəçi Maykl Olise dubla, Rafael Qerreyro, Leroy Sane və Leon Qoretzka isə 1 qol vurub.
Bu, Çempionlar Liqası tarixində ilk dəfədir ki, bir oyunda 9 qol vurulur. Avropa Çempionlar Kubokunda “Bavariya”nın doqquz dəfə qol vurmağı bacardığı bir oyun var – 1972-ci ildə 9:0 hesabı ilə Münhen komandası Kipr Omoniyasını məğlub etdi.
Mənbə: NTV Spor