“Bavariya” darmadağın oldubackend

Almaniya çempionatında 14-cü turun oyunları keçirilir.

Frankfurtdakı “Doyçe Bank Park” arenasında yerli “Ayntraxt” ölkənin ən titullu komandası Münhen “Bavariya”sını qəbul edib.

Qarşılaşma gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, ev sahibləri adlı-sanlı rəqiblərini darmadağın ediblər – 5:1.

Beləliklə də, hazırda “Ayntraxt” 21 xalla çempionatda 7-ci yerdə qərarlaşıb. Rəqibindən bir oyun az (13) keçirən “Bavariya” isə 32 xalla 2-cidir.