ABŞ prezidenti Co Bayden bəyan edib ki, o, Amerika hərbçilərinin Yaxın Şərqdəki münaqişədə iştirakını zəruri hesab etmir. O, bu barədə CBS telekanalına müsahibəsində bildirib.
“Buna ehtiyac olduğunu düşünmürəm. İsrail dünyanın ən yaxşı ordularından birinə malikdir”, – Ağ Evin rəhbəri müvafiq sualı cavablandırarkən deyib.
Bayden daha əvvəl demişdi ki, İsrail Fələstinin Həmas qruplaşmasına qarşı döyüşərkən “müharibə qaydalarına” əməl etməlidir.
Mənbə: Haber.com
