Bayden, ABŞ-ın mümkün defoltuna baxmayaraq, G7 sammitində iştirak edəcəyini söylədi

ABŞ prezidenti Con Bayden ABŞ-da federal borc üzrə potensial defolt ətrafında vəziyyətə baxmayaraq, mayın 19-dan 21-dək Yaponiyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətində olduğunu bildirib.

Bu barədə TASS məlumat yayıb.

Jurnalistlərin hazırkı vəziyyət fonunda sammitə gedib-getməməsi ilə bağlı sualına Bayden qərara sadiq qaldığını bildirib. Eyni zamanda, ABŞ prezidenti defoltun qarşısının alınmasının gündəmdə olan ən vacib məsələ olduğunu açıq-aşkar adlandırıb.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen ABC News telekanalına müsahibəsində departamentin mümkün defolt proqnozları ilə bağlı qeyri-müəyyənliyini qoruduğunu bildirib.

Oxşar xəbərlər