Amerika prezidenti Co Bayden Abrams tanklarının gələn həftə Ukraynaya göndəriləcəyini açıqlayıb. Bu barədə TASS yazır.
Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Co Bayden ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini təsdiqlədiyini açıqlayıb. Bu tranşa artilleriya, döyüş sursatları və tank əleyhinə müdafiə vasitələri daxildir. Amerikanın ilk Abrams tankları gələn həftə Ukraynaya çatdırılacaq.
Mənbə: TASS

