ABŞ prezidenti Co Baydenin oktyabrın 27-də Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacağı gözlənilir.Bu barədə Reuters agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Vanq Yi, cümə günü isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə görüşəcək.
Çin Xarici İşlər Nazirliyi rəhbərinin səfərinin ətraflı proqramı dərc olunmayıb. Bundan əvvəl Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Vanq Yinin oktyabrın 26-28-də ABŞ-da olacağı ilə bağlı mesaj yayıb. Dövlət Departamenti oxşar tarixləri açıqlayıb.
Mənbə: TASS