ABŞ-ın keçmiş prezidenti Co Bayden əfv sərəncamlarını imzalamaq üçün avtomatlaşdırılmış cihazdan istifadə etdiyini rəsmən etiraf edib.
The New York Times-a verdiyi müsahibədə o, hər bir belə qərarın yalnız onun tərəfindən verildiyini vurğuladı.
Avtomatik imzadan istifadəyə səbəb tələb olunan sənədlərin çoxluğu olub.
“Fərmanların sayı həddən artıq çox olub. Bildiyiniz kimi, avtomatik imza Donald Tramp da daxil olmaqla, əvvəlki dövlət başçılarının istifadə etdiyi hüquqi prosedurdur”, – Bayden deyib.