ABŞ prezidenti Co Bayden vitse-prezident olduğu dövrə aid beyin mərkəzində və evində gizli sənədlərin saxlanması ilə bağlı aparılan istintaqın bir hissəsi olaraq könüllü ifadə verib. Reuters bu barədə Ağ Evin nümayəndəsinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Bayden xüsusi prokuror Robert Hehrin rəhbərlik etdiyi istintaq çərçivəsində ifadə verib. Materialda qeyd olunur ki, sorğu könüllülük əsasında iki gün ərzində aparılıb və bazar ertəsi başa çatıb.
Sentyabrın sonunda demokrat Ceymi Raskin respublikaçıların Baydenə impiçment elan etmək üçün heç bir əsasının olmadığını söylədi. Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi hər iki tərəfdə çap olunan 12 min səhifəlik bank məlumatı alıb, onların heç birində Baydenin hesablarına pul köçürmələri göstərilmir.
Mənbə: Reuters