HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı əməliyyat Qəzza zolağında atəşkəs əldə etmək səylərinə kömək etməyib.
Reuters xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında deyib.
ABŞ prezidenti əlavə edib ki, cümə axşamı günü o, İsrailin baş naziri Benyamin Netanyahu ilə Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı birbaşa danışıb.