Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə keçmiş dövlət katibi Rori Stüart ABŞ prezidenti Co Baydenin britaniyalılar haqqında sərt ifadələr işlətdiyini bildirib.
Bu barədə “Daily Express” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Bayden hətta ABŞ prezidenti Barak Obamanın dövründə vitse-prezident vəzifəsində çalışarkən İraqdakı sünnilərin şiələrə niyə nifrət etdiyini anladığını demişdi.
“Mən vəziyyəti tam başa düşürəm. Bir-birlərinə nifrət edirlər. Budur, mən irlandiyalıyam. Mən ingilislərə nifrət edirəm “deyə Stüart Baydenin İraqdakı müharibə ilə bağlı görüşlərdən birində deyib.

