Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Yaponiyanın Kyodo News agentliyinə müsahibəsində ABŞ prezidenti Co Baydenin Kim Çen Inla “ilkin şərt olmadan” görüşməyə hazır olduğunu bildirib.
“Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, – Kirbi bildirib.
O əlavə edib ki, hələlik KXDR bu təklifə müsbət cavab verməyib.
Mənbə: Haberler.com

