Amerika prezidenti Co Bayden çox güman ki, Konqresdən Ukrayna üçün 60 milyard dollar, İsrail, Tayvan və ABŞ ilə Meksika arasındakı sərhədi qorumaq üçün isə təxminən 40 milyard dollar istəyəcək. Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, əlavə maliyyə paketi hələ yekunlaşdırılmayıb. Buna baxmayaraq, Ukraynaya yardım üçün 60 milyard dolların göndərilməsi nəzərdə tutulur, daha 40 milyard dollar isə İsrail, Tayvana yardım və ABŞ-Meksika sərhədinin qorunması üçün nəzərdə tutulub.
Ehtimallara görə, Ağ Ev cümə günü Konqresə rəsmi müraciət göndərə bilər.
Mənbə: Haber.com