Bayden Qəzza zolağında xəstəxanada baş verən partlayışdan dərin kədərləndiyini bildirib

Prezident Co Bayden “Qəzza zolağındakı Əl Əhli xəstəxanasında baş verən partlayışdan qəzəbləndiyini və dərindən kədərləndiyini” və ABŞ-ın “baş verənlərlə bağlı məlumat toplamağa davam edəcəyini” söylədi. Bu barədə CNN dövlət başçısının bəyanatına istinadən yazır.

“Mən İordaniya kralı II Abdullah və İsrailin baş naziri (Binyamin) Netanyahu ilə danışdım və milli təhlükəsizlik komandama baş verənlərlə bağlı məlumat toplamağa davam etməyi tapşırdım” deyə Bayden yazıb. “Birləşmiş Ştatlar mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəliyinə birmənalı yanaşır. Biz bu faciədə ölən və ya yaralanan xəstələrə, tibb işçilərinə və digər günahsız insanlara yas tuturuq”.

Bəyanat Bayden Yaxın Şərqə gedən Air Force One-da olarkən yayımlanıb. Bu, Ağ Evin Baydenə “Qəzza zolağındakı xəstəxanada dəhşətli həyat itkisi” ilə bağlı məlumat verildiyini elan etdikdən sonra baş verib.

Mğnbə: CCN

Oxşar xəbərlər