Bayden Rusiyanın Ukraynada qalib gəlməsinin mümkün olmadığını bildiribbackend

ABŞ prezidenti Co Bayden deyib ki, Ukraynadakı münaqişə Rusiyanın qələbəsi ilə bitə bilməz.

Bu barədə Reuters xəbər verir.

Bayden müvafiq bəyanatla sentyabrın 14-də Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşü zamanı çıxış edib.

“Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə qalib gəlməyəcək” dedi Bayden.