Bayden Trampı Rusiyaya koronavirus testləri göndərdiyinə görə “qeyri-etik” adlandırıbbackend

ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampı pandemiya zamanı koronavirusu sınaqdan keçirən avadanlıqları Rusiyaya ötürdüyünə görə tənqid edib. Bu barədə TASS məlumat yayıb.

“Bu kimi qeyri-etik bir prezident haqqında heç oxumusunuz, görmüsünüz, düşünmüsünüz? Məlum oldu ki, pandemiyanın qızğın vaxtında, kifayət qədər testlərimiz olmadıqda,o, yaxşı dostu Putinə zəng edib. Bu zarafat deyil”, – deyə Bayden bildirib.

Amerika prezidenti ABŞ-da koronavirus testlərinin çatışmazlığı olduğunu bildirib və Trampın hərəkətlərini “utanc” adlandırıb.