ABŞ prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə ölkədə hakimiyyətin dinc yolla ötürülməsini şübhə altına alıb. Bu barədə CBS News xəbər verir.
Baydendən 2025-ci ilin yanvarında ABŞ-da hakimiyyətin sülh yolu ilə ötürülməsinə əmin olub-olmadığını soruşdular.
ABŞ prezidenti vurğulayıb ki, Tramp qalib gəlsə, bu baş verməyəcək. Bayden onu da əlavə edib ki, keçmiş prezident seçkiləri uduzsa, bunun sülh yolu ilə baş verəcəyinə “heç də əmin deyil”.