NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli raketlərin tədarükü perspektivlərini müzakirə etməyi planlaşdırır. Bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABC telekanalının efirində deyib.
“Uzun mənzilli raketlərə gəlincə, prezident Bayden bu gün prezident Zelenski ilə bu mövzunu müzakirə etməyə davam edəcək. O, məsələni araşdırdığını və bunu davam etdirəcəyini söylədi”, – Sullivan bildirib.
ABŞ hakimiyyət orqanları Ukraynaya 300 km mənzilli ATACMS taktiki ballistik raketlərinin tədarükü ilə bağlı qeyri-ictimai müzakirələr aparır, mənbələr The New York Times-a bildiriblər.
Mənbə: The New York

