ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendra Modi telefon danışığı zamanı Ukraynada sülh yolu ilə nizamlanmanın tərəfdarı olduqlarını bildiriblər. Bu barədə Ağ Evin saytında dərc olunmuş sənəddə deyilir.
“Liderlər münaqişənin beynəlxalq hüquq normaları və BMT Nizamnaməsi əsasında sülh yolu ilə həllinə davamlı dəstəyini təsdiqləyiblər. Onlar həmçinin Hind-Sakit Okean regionunda sülh və rifahı təşviq etmək üçün Dördtərəfli Təhlükəsizlik Dialoqu kimi regional forumlar da daxil olmaqla, qarşılıqlı fəaliyyətə davamlı sadiqliklərini vurğuladılar”.
Sənədə əsasən, Bayden Modi ilə Hindistanın baş nazirinin Polşa və Ukraynaya səfərini, həmçinin sentyabrda BMT Baş Assambleyasında keçiriləcək görüşü də müzakirə edib. Bəyanatda aydınlıq gətirilir ki, Amerika prezidenti Hindistanın baş nazirinin bu səfərini, həmçinin onun “sülh mesajını və Ukraynaya, o cümlədən enerji sektorunda humanitar yardımı” yüksək qiymətləndirib.
Mənbə: Haber.com