ABŞ prezidenti Co Bayden ABŞ səfirliyinin təhlükəsizliyini gücləndirmək üçün Haitiyə göndərilən ABŞ ordusunun vəziyyət tələb etdiyi müddətcə ölkədə qalacağını bildirib. TASS bu barədə dövlət başçısının Konqres liderlərinə göndərdiyi məktuba istinadən xəbər verir.
Baydenin sözlərinə görə, Amerika kontingenti döyüş əməliyyatları aparmaq üçün təchiz edilsə də, onun yerləşdirilməsi yalnız ABŞ-ın Haitidəki diplomatik obyektlərini və diplomatik personalını qorumaq məqsədilə həyata keçirilib. Prezident qeyd edib ki, səfirliyin təhlükəsizliyi tələb olunduğu müddətdə ABŞ hərbi qulluqçuları Haitidə qalacaqlar. Hələlik, Baydenin sözlərinə görə, hərbçilərin ölkədən çıxarılması üçün heç bir ilkin şərt yoxdur.
Bundan əvvəl ABŞ sərhədçilərinə Haitidən kütləvi qaçqın axını ilə bağlı xəbərdarlıq edildiyi bildirilirdi.
Mənbə: TASS