Bayden xərçəng müalicəsini tamamladıbackend

ABŞ-ın keçmiş prezidenti Co Bayden oktyabrın 20-də prostat vəzi xərçənginə qarşı şüa terapiyasını başa vurub, CBS keçmiş prezidentin sözçüsü Kelli Skulliyə istinadən xəbər verir.

Mətbuat katibinin sözlərinə görə, 82 yaşlı siyasətçi Filadelfiyadakı xərçəng mərkəzində müalicə alırdı.

“Lakin bu, onun müalicəsinin sonu demək deyil”, – CBS hesabatında deyilir.

O, həmçinin əlavə edib ki, ABŞ-ın keçmiş liderinin əlavə müalicə tələb edib-etməyəcəyi hazırda bəlli deyil.