Bayden yeni hərbi yardım paketinin 375 milyon dollar olduğunu söylədi

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya 375 milyon dollar məbləğində hərbi yardım edəcəyini bildirib.

Bu barədə Ağ Evin press-relizində deyilir.

Qeyd olunur ki, vəsait həm də Ukrayna hərbçilərinin təliminə yönəldiləcək. Həmçinin, Kiyev artilleriya, sursat, tank silahları və körpü avadanlıqları ilə təmin olunacaq.

Ümumilikdə ABŞ Ukraynaya 35,7 milyard dollarlıq hərbi yardım edib.

Mənbə: Reuters

Oxşar xəbərlər