Bayden yenidən ABŞ prezidentliyinə namizəd olmağa “məcbur olduğunu” söylədi

ABŞ prezidenti Co Bayden Bostonda deyib ki, əgər sələfi Donald Tramp bu addımı atmasaydı, o, yenidən dövlət başçısı postuna namizəd olmaya bilərdi, – RİA Novosti xəbər verir.

“Tramp namizəd olmasaydı, mən əmin deyiləm ki, namizəd olardım. Amma biz onun qalib gəlməsinə imkan verə bilmərik”, – deyə prezident bildirib.

Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi rəqibi, ölkənin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli Donald Trampla bağlı mövqeyinə görə tənqid edib. O hesab edir ki, siz Trampa qarşı çıxa və eyni zamanda onu dəstəkləyə bilməzsiniz.

Mənbə: RİA Novosti

Related Post