Baydenə Aİ liderləri zəng edərək siyasətə qarışmasını xahiş ediblərbackend

Avropa liderləri ABŞ-ın keçmiş prezidenti Co Baydenə zəng edərək ondan siyasətə qarışmasını xahiş edirlər.

The Hill qəzeti xəbər verir ki, bu barədə Baydenin özü bildirib.

“Mənə qoşulmağı xahiş edən bir sıra Avropa liderlərindən zənglər alıram – mən bu işə girmək fikrində deyiləm, edə bilmərəm” dedi.

Keçmiş prezident əlavə edib ki, o, “zəng edən və danışmaq istəyən bir çox demokrat və respublikaçı həmkarları ilə” məşğul olmalıdır.