Prezident Co Baydenin ailəsi onun kampaniyadan çıxması üçün mümkün planı müzakirə edir. Bu barədə NBC müzakirələrlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
“Hər hansı bir çıxış planı – əgər Bayden bunu etmək qərarına gələrsə, onun ən yaxın müttəfiqlərinin bəzilərinin getdikcə daha çox inandığı kimi – Demokratik Partiyaya Donald Trampı məğlub etmək üçün ən yaxşı fürsəti verməlidir”, – nəşr bildirib.
Mənbə: NBC