Baydenin Avropa üzrə baş müşaviri gedirbackend

ABŞ prezidenti Co Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Sloat istefa vermək qərarına gəlib. Bu barədə “Politico” qəzeti məmurun özünə istinadən xəbər verir.

Sloat prezidentliyinin əvvəlindən Co Baydenin komandasında işləyib və ABŞ-ın avropalı müttəfiqləri ilə əlaqələrin bərpasına, habelə Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.

“Möhtəşəm üç il oldu, amma vaxtı gəldi. Mən yoruldum” dedi Sloat.

Mənbə: A Haber