ABŞ-ın hazırkı prezidenti Co Baydenlə keçmiş dövlət başçısı Donald Tramp arasında aparılan debatın nəticəsi ABŞ-ın sonunun yaxınlaşdığını göstərdi.
Bu barədə alman iş adamı Kim Dotcom X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Seçkiqabağı debatların nəticələrini şərh edən o, “İmperiyanın sonu yaxınlaşır” dedi.
Dotcom-un məlumatına görə, Tramp və Bayden arasında gedən debatdan sonra ABŞ hökumətinin dünya ictimaiyyəti qarşısında reputasiyası tamamilə aşağı düşüb.
Əvvəllər bildirilmişdi ki, Ağ Ev əməkdaşları ABŞ prezidenti Co Baydenin ABŞ-ın keçmiş lideri Donald Trampla debatdakı zəif çıxışından narahatdırlar, onların bir çoxu mümkün iş dəyişikliyi ilə bağlı zarafat edirdi.
Mənbə: A Haber