Reuters xəbər verir ki, dövlət katibi Antoni Blinken ABŞ prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfər edəcəyini bildirib.
Həmçinin, dövlət katibi İsrailə səfərindən sonra jurnalistlərə Qəzza zolağına humanitar yardımın daxil olması üçün ABŞ və İsrailin hazırladığı plan barədə danışıb. Onun sözlərinə görə, ABŞ İsrailin bu plan üzərində işləmək vədini alqışlayır.
“Prezident çərşənbə axşamı burada olarkən bu məsələni müzakirə etməyi səbirsizliklə gözləyir” dedi Blinken.
Mənbə: Reuters