ABŞ prezidenti Co Baydenin kampaniya komitəsi “Bayden prezidentliyə” adı altında Federal Seçki Komissiyasına sənədlər təqdim edərək, vitse-prezident Kamala Harrisi əsas namizəd kimi irəli sürüb. Bu barədə komissiyanın saytında məlumat verilir.
Sənəddə qeyd olunur ki, komitə indi “Prezident üçün Harris” adlanır.
Məktubda qeyd edilir ki, Harris hazırda 2024-cü il seçkilərində ABŞ prezidentliyinə namizəddir və yalnız bu vəzifəni əldə etmək məqsədilə kampaniya aparacaq.
Mənbə: TASS