ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı pul tükəndikdən sonra Kiyevə silah tədarükü dayandırılacaq. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinq zamanı bildirib.
“Sadə hesabla çıxış yolu yoxdur: Ukraynaya silah tədarükü üçün maliyyə yoxdursa, biz sadəcə olaraq Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcəyik”, o deyib.
Sallivan həmçinin qeyd edib ki, ABŞ konqresmenləri ABŞ prezidenti Co Baydenin Vaşinqtona Kiyevə hərbi dəstəyi davam etdirmək imkanı vermək istəyini dəstəkləməlidirlər.
Mənbə: RİA Novosti

