ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden iki məhkəmə prosesində atasından əfv aldıqdan sonra həyatını narkomaniyadan əziyyət çəkən insanlara kömək etməyə həsr etmək niyyətində olduğunu açıqlayıb.
Hunterin bəyanatını Associated Press xəbər verir.
O, narkomaniya ilə mübarizəsinin çətin anlarında buraxdığı səhvlərə görə məsuliyyət daşıdığını və bu səhvlərin ictimai şəkildə “onu alçaltmağa və ailəsini rüsvay etməyə” yönəlmiş siyasi oyunların bir hissəsi olduğunu qeyd etdi. Hunter əfv fərmanını təbii qəbul etməyəcəyini və bərpa olunan həyatdan ağrı və iztirablarla üzləşməyə davam edənlərə dəstək olmaq üçün istifadə etmək niyyətində olduğunu vurğulayıb.