Baykal gölünün sularında 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin Telegram kanalında məlumat verilib.
Zəlzələ saat 7:07-də (Moskva vaxtı ilə 2:07) Baykal gölünün akvatoriyasında, Olxonski rayonunun Qremyaçinsk kəndindən 50 kilometr aralıda baş verib.
Mayın 11-də səhər Kamçatka yarımadasının cənub-şərq sahillərində yerləşən Avaça körfəzində zəlzələ baş verib. Rusiya Elmlər Akademiyasının geofizika xidmətinin yerli bölməsinin əməkdaşları 5,2 bal gücündə yeraltı təkanlar qeydə alıblar. Eyni zamanda, Petropavlovsk-Kamçatski və Vilyuçinsk şəhərlərinin sakinləri 4 bal gücündə zəlzələ hiss ediblər.
Mənbə: TASS