Bayram və həftəsonlarında qadağalar ola bilər – Rəsmi açıqlama backend

“Bayram günləri və həftə sonlarında küçə çıxmağa qadağa qoyulması haqda qərar verilə bilər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu məsələyə önümüzdəki günlərdə baxılacaq: “Bu qərarlar virusa yoluxanların sayından asılı olacaq. Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”.

İctimai.az