“8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən, martın 9-nun qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək”.
İctimai.az “Report”a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək:
“Metronun “28 May”-“Əhmədli” istiqamətində gün ərzində qatarlararası interval, əsasən, 2.5 dəqiqə təşkil edəcək. Martın 8-də və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.
“Bənövşəyi xət”də, həmçinin “Həzi Aslanov”-“Əhmədli” və “Cəfər Cabbarlı”-“Xətai” istiqamətlərində intervallar olduğu kimi saxlanılacaq.
“Bakmil” istiqamətində və əksinə hərəkət edən sərnişinlər martın 8-də və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər”.















