Bayraq Günü ərəfəsində Dövlət Bayraq Meydanını və Bayraq Muzeyindən FOTOREPORTAJ – ÖZƏLbackend

9 Noyabr – Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan dövlətçiliyinin əzəmət və qürur rəmzi olan Dövlət Bayraq Meydanını və Bayraq Muzeyini ziyarət edilib.

Ziyarət zamanı kollektiv üzvləri üçrəngli bayrağımızın ucaldığı müqəddəs məkanda Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, mənəvi və ideoloji dəyəri barədə ətraflı məlumat əldə ediblər. Muzeydə nümayiş olunan eksponatlar – tarixi bayraqlar, sənədlər, orden və medallar, eləcə də dövlət atributlarının inkişaf mərhələlərini əks etdirən materiallar xüsusi maraqla qarşılanıb.

2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıdakı Dövlət Bayraq Meydanında yeni rekord qeydə alınıb:

Qeyd edək ki, 6 noyabr 2024-cü ildə Seaside Boulevard Administration tərəfindən meydanda ucaldılan üçrəngli bayraq “ən böyük uçurulan bayraq” (Largest flag flown) kateqoriyasında Guinness World Records tərəfindən rəsmi şəkildə tanınıb. Bayrağın sahəsi 2 564,02 m² təşkil edib. Bayrağın eni 36 m, uzunluğu 72 m olduğu, çəkinin isə 500 kq-dan çox olduğu açıqlanıb.

İctimai.az həmin səfərdən özəl fotoreportajı təqdim edir: