Baza: Ekologiya Nazirinə hücum etmək istəyəndə nadir bəbir vuruldubackend

Terek adlı gənc və nadir Orta Asiya bəbiri Rusiyanın ekologiya naziri Aleksandr Kozlova tərəf qaçarkən güllələnib. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin yayında Terek Qafqaz Biosfer Qoruğunun ərazisinə buraxılmağa hazırlanırdı – o, Adıgeydəki Bolşoy Txaç təbiət parkının ərazisinə buraxılıb.

Heyvanın buraxılma mərasimində Rusiyanın ekologiya naziri Aleksandr Kozlov və bir çox işçi iştirak edib.

Telegram kanalının məlumatına görə, Terek, arasında nazirin də olduğu insanlara tərəf qaçıb. Əllərində silah olan insanlar əvvəlcə havaya, sonra isə heyvana atəş açmağa başlayıblar.

Mənbə: Gazeta ru