BDU-nun alimi MDB-nin “Yaxşı elmi işçi-2023” mükafatına layiq görülübbackend

Qazaxıstan Respublikasında Müstəqil Dövlətlər birliyinin elmi-təhsil müəssisələrində elmi-pedaqoji işçilər üçün keçirilən I Beynəlxalq Müsabiqədə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrası nəzdində olan “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günay Mehdiyeva “Разработка экологически безопасных полимерных материалов и экономически выгодных синтетических сорбентов на основе алкенилфенолов” adlı məqaləyə görə  “Yaxşı Elmi işçi – 2023” layihəsinin qalibi olmuş, 1-ci dərəcəli medal və diplomla təltif olunmuşdur.

Qeyd edək ki, Günay Mehdiyeva 2003-cü ildən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasında çalışır. İşlədiyi müddətdən bu günə qədər 150-dən çox elmi əsərin, o cümlədən bir çox Beynəlxalq nüfuzlu jurnallar və konfranslarda dərc olunan məqalələrin, 10 dan çox Azərbaycan Patentinin müəllifidir. O, 2020-ci ildən Neft kimyası ixtisası üzrə elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olmuş və hal-hazırda dissertasiya işini yekunlaşdırmaqdadır. Həmçinin, o, 2009-cu ildən Neft kimyası və kimya texnologiyası kafedrasında saathesabı dərslər aparır.Eyni zamanda, elmi-tədqiqat sahəsi olan – Funksional əvəzli fenol birləşmələri kimyası sahəsində monoqrafiya üzərində çalışır.

 

106965510696561069654