BDU-nun tələbəsi dəm qazından ölübbackend

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.

Bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub.

Tələbə dəm qazından zəhərlənərək ölüb.