Bəbir körpəni anasının qucağından qoparıb yeyibbackend

Hindistanda bir qadından uşağı qoparan bəbir axtarırlar.

Bu barədə “Times of India” məlumat yayıb.

Hadisə Uttarxand ştatının Mana Kabhra kəndində baş verib. Qadın uşağı ilə çöldəki tualetə gedib, lakin bir anda yırtıcı onlara hücum edib. Heyvan uşağı qapıb onunla birlikdə dərəyə qaçdı. Daha sonra boynunda dərin yaralar olan qurbanı tapsalar da, onu xilas edə bilməyiblər.

Hazırda müvafiq idarələrin əməkdaşları vəziyyəti araşdırır.

“Meşə idarəsi kompensasiya prosedurlarına başlayıb və ərazidə patrulların gücləndirildiyini elan edib”, – nəşr yazır.