Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Kanadanın Baş naziri Mark Karnidən G7 sammitində iştirak etmək üçün dəvət alıb.
Bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.
“Dəvət beynəlxalq əməkdaşlığın gücləndirilməsində və qlobal iqtisadi sabitliyin gücləndirilməsində və qlobal problemlərin həllində, xüsusilə enerji təhlükəsizliyi, qabaqcıl texnologiyalar və süni intellekt kimi sahələrdə birgə fəaliyyətlərdə ölkənin konstruktiv rolunun tanınmasını nümayiş etdirir”, – nəşrdə deyilir.
Bu il G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Alberta əyalətində keçiriləcək.