Emirates aviaşirkəti Etihad Airways iyunun 23 və 24-nə olan bir neçə reysi ləğv edib.
Bu barədə TASS yazır.
Aviaşirkətin iyunun 23-də Abu Dabi ilə Doha, Manama, Maskat, Küveyt, Ər-Riyad arasında uçuşları ləğv etdiyi bildirilir.
“Yaxın gələcəkdə cədvəldə əlavə dəyişikliklər və ya pozulmalar mümkündür”, – aviaşirkət müştərilərə xəbərdarlıq edib.
Eyni zamanda İranın bu ölkədəki ABŞ hərbi bazasına zərbə endirməsi səbəbindən ölkənin hava məkanı tamamilə bağlandıqdan sonra Qatar Airways uçuşları bərpa edib. Bu fonda aviaşirkət gecikmələrdən əziyyət çəkən sərnişinlərə kömək etmək üçün Dohadakı Həmad Beynəlxalq Hava Limanına əlavə heyət göndərib.