Bir müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.
Bu barədə İctimai.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Bildirilib ki, iyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub.
İctimai.az