Belarus ATƏT-ə seçki müşahidəsində iştirak etmək üçün dəvət göndəribbackend

Belarus ATƏT/DTİHB missiyasını yanvarın 26-na təyin edilmiş prezident seçkilərini müşahidə etməyə dəvət edib.

RİA Novosti xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) də dəvət göndərilib”, – o deyib.

Qlazın sözlərinə görə, Belarus tərəfi MDB-nin İcraiyyə Komitəsi və Parlamentlərarası Assambleyası, KTMT Parlament Assambleyası və İttifaq Dövlətinin Parlament Assambleyası da daxil olmaqla beynəlxalq təşkilatları da dəvət edib. O əlavə edib ki, bütün müşahidəçilər üçün bərabər şərait yaradılacaq ki, bu da nümayəndələrə ölkənin açıqlığını və şəffaflığını görməyə, həmçinin sülhsevər və qonaqpərvər Belarusu görməyə imkan verəcək.